Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Brüsselə gedib
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Belçika Krallığına səfər edib.
İkigünlük səfər çərçivəsində Gürcüstan hökumətinin başçısı Avropa Şurasında, Avropa Komissiyasında və Avropa Parlamentində, o cümlədən NATO-da yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.
Görüşlərdə müzakirə olunacaq əsas məsələlər Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya gündəliyi, Avropa Komissiyasının sorğu vərəqəsi ilə bağlı məsələlər, eləcə də regionda təhlükəsizlik vəziyyəti olacaq.
Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Gürcüstanın baş naziri ilə birlikdə Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirmək üçün Brüsselə gedib.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.