Gürcüstanın Baş naziri “BTS” beynəlxalq qrupunun rəhbərliyi ilə görüşüb

18:12, 15.10.2026

 

Gürcüstanın Baş naziri beynəlxalq biznes qrupunun, Tailandın ən böyük konqlomeratlarından biri olan “BTS”in nümayəndə heyəti ilə görüşüb.

Hökumət Administrasiyasının məlumatında, görüşdə Gürcüstandakı əlverişli investisiya mühitindən, iqtisadi potensialdan və gələcək əməkdaşlıq perspektivlərindən bəhs olunduğu deyilir.

Bank sektorunda, daşınmaz əmlak və aktivlərin idarə edilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə Gürcüstanın strateji logistik və maliyyə mərkəzi kimi funksiyasından bəhs olunub. Gürcüstanın strateji mövqeyi və Avropa ilə Asiyanı birləşdirən marşrut kimi Orta Dəhlizin rolu vurğulanıb, bu da xarici investorlar üçün əlavə imkanlar yaradır.

Ölkədəki sabit biznes mühitinə, liberal vergi siyasətinə və beynəlxalq investorlar üçün mövcud olan cəlbedici investisiya imkanlarına diqqət yönəldilib.

Oxşar