Gürcüstanın Baş naziri ATƏT-in baş katibi ilə görüşüb
Gürcüstanın Baş naziri ATƏT-in baş katibi ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən, görüş zamanı Gürcüstan və ATƏT arasında mövcud səmərəli əməkdaşlığa toxunulub.

Həmçinin, ölkədə mövcud siyasi vəziyyətə və qarşıdan gələn yerli özünüidarəetmə seçkilərinə diqqət yönəldilib.

“Biz bütün mövzulara toxunduq, xüsusilə də, əlbətdə, ATƏT üçün maraqlı olana, yerli özünüidarəetmə seçkilərinə toxunduq və yerli özünüidarəetmə seçkilərinin təşkili ilə bağlı ümumi vəziyyətlə onu tanış etdik. Həmçinin, ölkədə müxtəlif istiqamətlər üzrə gedən proseslər, regiondakı cari proseslər ilə bağlı söhbətimiz oldu və ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunduq” – İrakli Kobaxidze qeyd edib.