Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan Respublikasının Qax rayonuna səfər edib
Aprelin 23-24-də Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və səfirliyin əməkdaşları Azərbaycan Respublikasının Qax rayonuna səfər ediblər. Səfirlikdən verilən məlumata görə, Zurab Pataradze Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkəliyev ilə görüşüb, burada iki ölkənin regionları arasında əməkdaşlığın perspektivləri və soydaşlarımızla bağlı məsələlər müzakirə olunub.
Səfər zamanı Gürcüstanın səfiri Kaxeti rayonunda Heydər Əliyev Fondu tərəfindən tikilmiş yeni Mədəniyyət evinə baxış keçirdi, gürcü işçiləri və Şvidkatsa ansamblının rəhbərliyi ilə söhbət etdi. Aprelin 23-də səfirliyin nümayəndələri ilə soydaşlarımız arasında görüş keçirilmiş, konsulluq məsələləri ilə bağlı əhali ilə məsləhətləşmələr aparıldı. Onlara, həmçinin Gürcüstan-Azərbaycan quru sərhədində müştərək qaydalara görə tətbiq edilən məhdudiyyətlər şəraitində – soydaşlarımıza səmərəli köməklik göstərmək məqsədilə səfirlik tərəfindən həyata keçirilən və planlaşdırılan tədbirlər barədə məlumat verilib. Həmçinin səfər çərçivəsində səfirliyin təşəbbüsü ilə növbəti humanitar aksiya həyata keçirilib və əhaliyə ərzaq bağlamaları verilib.
“Aprelin 23-də səfir Zurab Pataradze və səfirliyin əməkdaşları Kaxi şəhərindəki Müqəddəs Qiorqi kilsəsində Məsihin şanlı dirilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak ediblər”, – səfirliyin məlumatında deyilir.