Gürcüstanın aviasiya bazarında “Royal Jordanian” İordaniyanın milli aviaşirkəti fəaliyyətə başladı
Gürcüstanın aviasiya bazarında daha bir yeni aviaşirkət “Royal Jordanian” İordaniyanın milli aviaşirkəti fəaliyyətə başladı.
Oktyabrın 22-də aviaşirkət “A320” tipli hava gəmisi ilə Ammandan Tbilisi istiqamətində ilk müntəzəm aviareysi həyata keçirib. Tbilisi-Amman istiqamətində aviaşirkət ilkin mərhələdə reysləri həftədə bir dəfə, cümə axşamları yerinə yetirəcək.
Gürcüstan Hava Limanları Birliyi “Royal Jordanian Airlines” ilə danışıqları 2024-cü ildən aparırdı, nəticədə aviaşirkət Gürcüstan istiqamətində müntəzəm uçuşlara başlayıb.
Məlumatı Gürcüstan Hava Limanları Birliyi yayır.