Gürcüstanın ABŞ-dakı səfiri Tamar Taliaşvili Kolumbiya dairəsinin meri Miuriel Bauzer ilə görüşüb
Gürcüstanın ABŞ-dakı səfiri Tamar Taliaşvili Kolumbiya dairəsinin meri Miuriel Bauzer ilə görüşüb

 

Vaşinqtonda Gürcüstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Tamar Taliaşvilinin Kolumbiya dairəsinin meri Miuriel Bauzer ilə görüşü keçirilib – bu haqda məlumatı Tamar Taliaşvili sosial şəbəkədə yayıb.

Gürcüstanın ABŞ-dakı səfirinin məlumatına əsasən, mer onu yeni missiyası münasibətilə təbrik edib və ABŞ-Gürcüstan münasibətlərinin möhkəmləndirilməsi işində uğurlar arzulayıb.

“Vaşinqtonun ictimai, eləcə də iqtisadi və mədəni həyatında səfirlərin və diplomatik nümayəndəliklərin rolu və əhəmiyyəti vurğulanıb. Tədbirdə diplomatik korpusun, eləcə də ABŞ-dakı mərkəzi və yerli hakimiyyətin nümayəndələri iştirak edirdilər” – Tamar Taliaşvili yazır.