Gürcüstanın ABŞ-dakı səfiri Tamar Taliaşvili Amerika Dövlətləri Təşkilatının görüşündə iştirak edib
Gürcüstanın ABŞ-dakı səfiri Tamar Taliaşvili Amerika Dövlətləri Təşkilatının görüşündə iştirak edib

 

Gürcüstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Tamar Taliaşvili Amerika Dövlətləri Təşkilatının (OEA/OAS) görüşündə iştirak edib.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, təşkilatın yeni seçilmiş baş katibi Albert Ramdin görüşün iştirakçılarını 2025-2030-cu illər üçün strateji prioritetlər, o cümlədən çoxölçülü təhlükəsizlik, inteqrasiya olunmuş inkişaf, demokratiyanın möhkəmləndirilməsi və insan hüquqları məsələləri ilə tanış edib.

“Gürcüstanın ABŞ-dakı səfiri görüş iştirakçıları qarşısında çıxış edərək,
Amerika dövlətləri ilə əməkdaşlığın Gürcüstanın xarici siyasətinin prioritetlərindən biri olduğunu deyib. Tamar Taliaşvili bu istiqamətdə münasibətlərin inkişafı və möhkəmləndirilməsi baxımından Amerika Dövlətləri Təşkilatının (OEA/OAS) rolunu və əhəmiyyətini vurğulayıb. O, Albert Ramdini baş katib vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd etmək lazımdır ki, Tamar Taliaşvili baş katibə təşkilatda daimi müşahidəçi statusu üzrə akkreditasiya notasını təqdim edib” – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.