Gürcüstandakı Ukrayna vətəndaşları dövlət tərəfindən maliyyələşdirilən təcili tibbi yardım alacaqlar
Gürcüstan hökumətinin qərarına əsasən, Gürcüstanda olan Ukrayna vətəndaşlarına dövlət tərəfindən maliyyələşdirilən təcili tibbi yardım göstəriləcək. Məlumatı Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi yayıb.
“Lazım gələrsə, Ukrayna vətəndaşları Covid-19 üçün yoxlanılacaq, Covid klinikalarında müalicə olunacaq və Covid-19-a qarşı peyvənd olunacaqlar.
Ukrayna vətəndaşları üçün 144 – 3 saylı xüsusi qaynar xətt fəaliyyət göstərir ki, bu xətt tibbi xidmətlə yanaşı, onların digər ehtiyacları barədə də məlumat toplayır və müvafiq qurumlara təqdim edir.
“Yardım paketi 1-23 fevral tarixlərində ölkədə sərhədi keçən ukraynalı turistlərə şamil ediləcək”, – Səhiyyə Nazirliyi bildirib.