Gürcüstandakı Bolqarıstan səfiri – Avropa İttifaqı–Gürcüstan münasibətlərinin yaxşılaşmasını görmək istəyirə, ümid edirəm ki, hər iki tərəf normal qarşılıqlı münasibətlərə qayıtmağın yolunu tapacaq
Gürcüstandakı Bolqarıstan səfiri – Avropa İttifaqı–Gürcüstan münasibətlərinin yaxşılaşmasını görmək istəyirə, ümid edirəm ki, hər iki tərəf normal qarşılıqlı münasibətlərə qayıtmağın yolunu tapacaq

Vizasız rejimlə bağlı müzakirələr mütləq olacaq və ümid edirəm ki, bu müzakirələr yaxşı düşünülmüş qərarlarla nəticələnəcək və onlar həyata keçiriləcək, – bunu Gürcüstandakı Bolqarıstan səfiri Veselin Valkanov bildirib.

Şəxsi sanksiyalarla bağlı verilmiş suala cavab olaraq səfir qeyd edib ki, bu barədə qərarı ölkələrin liderləri qəbul etməlidir.

“Bu mövzuda mənim gözləntim yoxdur. Qərarı ölkələrin liderləri verməlidir. Mən qərar verə bilmərəm. Mən yalnız onu deyə bilərəm ki, münasibətlərin yaxşılaşmasını görmək istəyirəm, çünki indiki vəziyyət nə Gürcüstan, nə də Avropa İttifaqı üçün sağlam deyil. Buna görə ümid edirəm ki, hər iki tərəf normal qarşılıqlı əlaqəyə qayıtmaq üçün yol tapacaq,” – deyə səfir bildirib.