Gürcüstanda zəlzələ baş verdi, episentr yenə Sameba yaxınlığında idi
Gürcüstanda zəlzələ baş verdi. Təkanlar Tbilisi vaxtı ilə saat 19:56 radələrində qeydə alındı.
Seysmoloji Monitorinq Milli Mərkəzinin ilkin məlumatına görə, zəlzələnin episentri Ninosminda şəhərindən 24 kilometr qərbdə, Sameba kəndi yaxınlığında baş verdi.
Zəlzələnin gücü 3.1 (ML) maqnitudanı təşkil etdi.
Gürcüstanda son dövrdə yeraltı təkanlar bir neçə dəfə qeydə alındı və demək olar hamısının episentri Sameba yaxınlığında idi. Ən güclü zəlzələ bu gün, səhər açılarkən, Tbilisi vaxtı ilə saat 05:44 radələrində baş verdi. Zəlzələnin gücü 5.1 mqanitudanı təşkil etdi.