Bu gün, oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb və 20:00-da başa çatacaq.
Ölkə miqyasında 3061 seçki məntəqəsi fəaliyyət göstərir, onlardan 2284 seçki məntəqəsində səsvermə elektron, 777 seçki məntəqəsində isə ənənəvi qaydada keçiriləcək, onların arasında istisna halda yaradılmış penitensiar müəssisələrdə açılan on seçki məntəqəsi var.
Munisipalitet orqanları seçkiləri üçün seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir. 3 130 348 seçicinin elektron texnologiyaların istifadəsi ilə seçkilərdə iştirak imkanı olacaq. İlk dəfə 47 000-ə qədər gəncin seçkilərdə iştirak imkanı olacaq. Daşınan seçki qutusu tələbiylə isə Seçki Administrasiyasına 60 754 seçici müraciət edib.
4 oktyabr seçkiləri üçün 12 siyasi partiya qeydiyyatdan keçib və seçki bülletenində onların sırası belədir:
1. “Vətən, Dil, İnam”; 3. “Mühafizəkarlar Gürcüstan Naminə”; 5. “Bizim Vahid Gürcüstanımız”; 7. “Azad Gürcüstan”; 8. “Gürcüstan Vətənpərvərlər Alyansı”; 9. “Güclü Gürcüstan – Lelo”; 11. “Gürcüstan”; 12. “Yaşıllar Partiyası”; 14. “Xalq hakimiyyəti”; 25. “Qaxaria – Gürcüstan Naminə”, 36. “Qirçi”; 41. “Gürcü Arzusu – Demokratik Gürcüstan”.
Bununla yanaşı, Tbilisidə merliyə doqquz namizəd qeydiyyatdan keçib. 12 siyasi birliyin hamısı Tbilisi Şəhər Məclisinin seçkiləri üçün partiya siyahısını təqdim edib. Tbilisidən başqa, geridə qalan 63 munisipalitetdə təşəbbüs qrupları tərəfindən irəli sürülən dörd namizəd də daxil olmaqla, merliyə 112 namizəd qeydiyyatdan keçib.
Yerli majoritar seçki dairəsində qeydiyyatdan keçmiş majoritarlığa namizədlərə gəlincə, ümumilikdə təşəbbüs qrupları tərəfindən irəli sürülən 32 namizəd də daxil olmaqla, 2 228 namizəd qeydiyyatdan keçib. Tbilisidə isə 160 namizəd.
Seçki prosesini 28 beynəlxalq və 27 yerli təşkilatın müşahidəçiləri müşahidə edəcəklər. Seçkilərin gedişatını 73 media vasitəsinin minə qədər nümayəndəsi işıqlandıracaq.