Gürcüstanda yeni növ koronavirusdan daha doqquz pasiyent sağaldı
Gürcüstanda yeni növ koronavirusdan daha doqquz pasiyent sağaldı

Gürcüstanda yeni növ koronavirusdan daha doqquz pasiyent sağaldı. Bu barədə məlumat hökumətin xüsusi veb-səhifəsində,  stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Bu vaxt üçün Gürcüstanda koronavirusa 626 yoluxma halı təsdiqlənib, onlar arasında 297 nəfər sağalıb.

Veb səhifədəki məlumata görə, koronavirus səbəbi ilə ölkədə 10 pasiyent dünyasını dəyişib

Bununla yanaşı , xaricdən 3 Gürcüstan vətəndaşı ölkəyə müalicə edilmək məqsədi ilə gətirilib.

4702 nəfər karantin rejimindədir, 459 nəfər isə stasionarda müşahidə altındadır.