Gürcüstanda yeni koronavirusun daha bir yeni halı qeydə alındı
Gürcüstanda yeni koronavirusun daha bir yeni halı qeydə alındı

Gürcüstanda yeni koronavirusun daha bir yeni halı qeydə alındı. Bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri, Amiran Gamğrelidze bəyan etdi.

“Azalma tendensiya yoxdur, artım tendensiyamız var, bu barədə çox danışmışıq ki, hallar olacaq. Yolda məlumat verdilər ki, 39 nümunə daxil edilmişdir və yenə davam edəcək. Təəssüflər olsun ki, bir təsdiq olunmuş hal var. Yoxlamalar davam edir”, – Amiran Gamğrelidze “Tv Pirveli” efirində bəyan etdi.

Gürcüstanda hazırda yeni koronavirusun cəmi 24 halı qeydə alınıb.