Gürcüstanda yeni koronavirus ilə daha bir pasiyent həlak oldu. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirus ilə 11 pasiyent həlak olub.
Səhifənin məlumatına görə, bu vaxt üçün Gürcüstanda koronavirusun 638 halı təsdiq olunub, onlar arasında 317 pasiyent sağalıb.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın üç vətəndaşı gətirilib. Karantin rejimində 4769 vətəndaş, stasionarda müşahində altında 414 vətəndaşdır.