Gürcüstanda yaşayan azərbaycanlılar bu gün Novruz bayramını qeyd edirlər

12:09, 21.03.2022

Gürcüstanda yaşayan azərbaycanlılar bu gün Novruz bayramını qeyd edirlər.

Novruz yeni gün və yazın gəlişi deməkdir, bəzi ölkələrdə isə Yeni il bayramıdır.

2010-cu ildə BMT Baş Assambleyası Novruzu Beynəlxalq Gün kimi tanıyıb. YUNESKO-nun 2009-cu il sentyabrın 28-də keçirilən sammitində Novruz rəsmən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Novruz bayramı 2010-cu ildə Gürcüstanda ümumi bayram elan edilib. Bu gün Marneulidə illərdir qeyd olunur.

Azərbaycan ailələri bu günə xüsusi hazırlaşır. Onlar ənənəvi yeməklər və şirniyyatlar hazırlayır.

Oxşar