Gürcüstanda Yaponiyanın səfiri Batumidə baş verən faciə ilə bağlı başsağlığı məktubunu yayır

15:48, 11.10.2021

Gürcüstanda Yaponiyanın səfiri Batumidə baş verən faciə ilə bağlı başsağlığı məktubunu yayır.

“8 oktyabrda Batumidə yaşayış evinin uçması nəticəsində yaxınlarını itirən insanlara dərin kədərləndiyimi ifadə edirəm. Mənim üçün onu şitmək çox ağırdır ki, bədbəxt hadisə bir çox insanın həyatına son qoydu, o cümldən körpələr və şagirdlərin”, – məktubda qeyd olunur.

Batumidə, 26 May küçəsində 8 oktyabrda təxminən saat 12:00 radələrində yaşayış korpusunun bir hissəsi uçdu. Doqquz insan vəfat etdi, bir nəfər xəsarət aldı. DİN korpusun uçması faktı üzrə aparılan istintaq çərçivəsində üç nəfəri yaxaladı. Prokurorluq onları insan ölümü və ağır nəticələrlə nəticələnən tikinti işləri zamanı təhlükəsizlik qaydalarını pozmaqda ittiham edib. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar