Gürcüstanda yanvarın 3 və 4-də havanın temperaturu kəskin şəkildə aşağı düşəcək
Gürcüstanda yanvarın 3 və 4-də havanın temperaturu kəskin şəkildə aşağı düşəcək

Sinoptiklərin proqnozuna görə, Gürcüstanda yanvarın 3 və 4-də havanın temperaturunun kəskin şəkildə enməsi gözlənilir.

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Kolxeti düzənliyində bəzi yerlərdə gecə temperaturu -8 dərəcəyədək, Şida Kartlidə isə -17 dərəcəyədək enə bilər.

“Subtropik bitkilərə və üzüm tinglərinə ciddi ziyan dəyə bilər.

Güclü şaxtalar və buzlanma avtomobil yollarının və magistralların ayrı-ayrı hissələrində hərəkətin məhdudlaşdırılmasına, həmçinin elektrik ötürücü xətlərdə donmaya səbəb ola bilər (təhlükə səviyyəsi: orta)”, – deyə Milli Ətraf Mühit Agentliyinin məlumatında bildirilir.