Gürcüstanda yanvarın 18-nə qədər soyuq və vaxtaşırı yağıntılı hava şəraiti qorunub saxlanacaq
Gürcüstanda yanvarın 18-nə qədər soyuq və vaxtaşırı yağıntılı hava şəraiti qorunub saxlanacaq

 

Gürcüstanda yanvarın 18-nə qədər soyuq və vaxtaşırı yağıntılı hava şəraiti qorunub saxlanacaq – bu haqda məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.

Sinoptiklərin proqnozuna əsasən, Tbilisidə yanvarın 15-16-da soyuq və əsasən yağmursuz hava şəraiti olacaq, yanvarın 17-də isə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə saatlarında -3, -5, gündüz saatlarında +2, +4 dərəcə qeydə alınacaq.

Onların məlumatına əsasən, sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): yağıntılı hava şəraiti gözlənilir. Havanın temperaturu gecə saatlarında +1, +3, gündüz saatlarında +5, +7 dərəcə qeydə alınacaq.

“Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): yağıntılı hava şəraiti gözlənilir, əsasən qar şəklində. Havanın temperaturu gecə saatlarında -1, -3, gündüz saatlarında +4, +6 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): Vaxtaşırı qar yağacağı gözlənilir. Havanın temperaturu gecə saatlarında -5, -10, gündüz saatlarında -1, -3 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): Vaxtaşırı qar yağacağı gözlənilir. Havanın temperaturu gecə saatlarında -13, -15, gündüz saatlarında -5, -7 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): Bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə saatlarında -6, -8, gündüz saatlarında +1, +3 dərəcə qeydə alınacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): Bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə saatlarında -5, -7, gündüz saatlarında +2, +4 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): Bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə saatlarında -12, -14, gündüz saatlarında -2, -4 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Bəzi yerlərdə qar və çovğun gözlənilir. Havanın temperaturu gecə saatlarında -18, -20, gündüz saatlarında -6, -8 dərəcə qeydə alınacaq” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.