Gürcüstanda Sülh Korpusunun 19-cu könüllülər qrupu işləməyə başlayır
Gürcüstanda Sülh Korpusunun 19-cu könüllülər qrupu işləməyə başlayır

“Sülh Korpusu Gürcüstan xalqına xidmət etməyə davam edir və iyulun 5-də, 42 yeni könüllünün and içmə mərasimini keçirir”, – bu barədə məlumat Amerika Birləşmiş Statlarınn Gürcüstandaki Səfirliyinin yaydığı bəyanatda verilir.

Könüllülərin and içmə mərasimi bugün Dövlət Tibb Universitetində keçirildi.

Mərasimdə, Gürcüstanda ABŞ səfirinin vəzifəsinin icraçısı Elizabet Rud, Gürcüstanın Təhsil Naziri, partnyor təşkilatlar, könüllülərə ev sahibliyi edən ailə üzvləri və Sülh Korpusunun nümayəndələri iştirak edirdilər.

Könüllülər yerli sakinlərə ingilis dilini öyrədirlər və özləri isə, gürcü dilini və mədəniyyətini öyrənirlər.

“Sülh Korpusu burada Gürcüstan iqtidarının rəsmi dəvəti ilə fəaliyyət göstərir və illərdir buraya kvalifikasiyalı kadrların gətirilməsini təmin edir, hansılar gürcü-amerikan xalqları arasındaki əlaqələrinin yaxşılaşdırılmasına xidmət edirlər.

Sülh Korpusunun layihəsi Gürcüstanda 2001-ci ildən başladı və o zamandan etibarən, Gürcüstan miqyasında, müxtəlif regionlarda 900-dən artıq amerikalı könüllü, gürcü xalqı ilə bərabər işləyirdi.

1961-ci ilin martın 1-də, Sülh Korpusunun təsis olduğundundan sonra, 235.000-dən artıq amerikalı könüllü 141 ölkədə fəaliyyət göstərib” – deyilir səfirliyin bəyanatında.