Gürcüstanda soyuq və yağışlı hava həftənin sonuna kimi davam edəcək
Gürcüstanda soyuq və yağışlı hava bu həftənin sonuna qədər davam edəcək, – Milli Ətraf Mühit Agentliyi xəbər verir.
Onların sözlərinə görə, yağıntının əsasən qar şəklində olacağı gözlənilir.
“Havanın temperaturu gün ərzində aran rayonlarında 2,7 dərəcə isti təşkil edəcək.
Tbilisidə də istisnalarla soyuq və qarlı hava davam edəcək.
Havanın temperaturu gündüz +4, +6 dərəcə isti, gecə isə mənfi temperatur gözlənilir”, – Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin məlumatında deyilir.