Gürcüstanda son 24 saatda 55 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 55 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 55 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında yenilənib.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 15 683 nəfərdir.

Son 24 saat ərzində “Kovid-19”a yoluxanların sayı 15 315 nəfərə çatıb, 10 894 nəfər sağalıb.

Dünən, fevralın 15-də Gürcüstanda 19 049 nəfər koronavirusa yoluxub, 18 409 nəfər sağalıb, 51 nəfər vəfat edib.