Gürcüstanda son 24 saatda 45 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 45 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 45 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc olunub.

Ölkədə virusdan vəffat edənlərin ümumi sayı 15 933 nəfərdir.

Son 24 saatda “Kovid-19”a yoluxanların sayı 12 101 nəfərə çatıb, 14 764 nəfər sağalıb.

Dünən, fevralın 21-də Gürcüstanda 4775 nəfərdə koronavirus aşkarlanıb, 19242 nəfər sağalıb, 32 nəfər vəfat edib.