Gürcüstanda son 24 saatda 36 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 36 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 36 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc edilib.

Ölkədə virusdan vəfat edənlərin  ümumi sayı 15 016 nəfərdir.

Son 24 saat ərzində Kovid-19-a yoluxanların sayı 24 201 nəfərə çatıb, 10 732 xəstə sağalıb.

Dünən, yanvarın 31-də Gürcüstanda 13 150 koronavirusa yoluxma faktı aşkarlanıb, 8 503 xəstə sağalıb, 35 nəfər vəfat edib.