Gürcüstanda son 24 saatda 35 nəfər koronavirusdan həlak olub
Gürcüstanda son 24 saatda 35 nəfər koronavirusdan həlak olub

Gürcüstanda son 24 saatda 35 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında yenilənib.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 14 980 nəfərdir.

Son 24 saat ərzində “Kovid-19”a yoluxanların sayı 13 150 nəfərə çatıb, 8 503 nəfər sağalıb.

Dünən, yanvarın 30-da Gürcüstanda 17 265 nəfər koronavirusa yoluxub, 5 947 nəfər sağalıb, 34 nəfər vəfat edib.