Gürcüstanda son 24 saatda 34 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 34 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 34 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin  ümumi sayı 15 246 nəfərdir.

Son 24 saat ərzində “Kovid-19”a yoluxanların sayı 11 235 nəfərə çatıb, 17 130 xəstə sağalıb.

Dünən, fevralın 6-da Gürcüstanda 19 098 koronavirusa yoluxma faktı aşkarlanıb, 17 531 xəstə sağalıb, 38 nəfər vəfat edib.