Gürcüstanda son 24 saatda 32 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 32 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 32 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc edilib.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 15 888 nəfərdir.

Son 24 saat ərzində “Kovid-19”a yoluxanların sayı 4775 nəfərə çatıb, 19242 nəfər sağalıb.

Dünən, fevralın 20-də Gürcüstanda 9400 koronavirusa yoluxma faktı aşkarlanıb, 18770 xəstə sağalıb, 34 nəfər vəfat edib.