Gürcüstanda son 24 saatda 24 xəstə koronavirusdan vəfat etdi

11:16, 06.10.2021

Gürcüstanda son 24 saatda 24 xəstə koronavirusdan vəfat etdi. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc edilib.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 9 134 nəfərdir. Son 24 saat ərzində “Covid-19” 2 410 nəfərdə təsdiqləndi, 1,516 xəstə sağaldı.

Dünən, sentyabrın 5 -də Gürcüstanda 2800 koronavirus halı aşkarlandı, 1485 xəstə sağaldı, 42 nəfər vəfat etdi.

Oxşar