Gürcüstanda son 24 saat ərzində koronavirusdan yeddi pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan yeddi pasiyent vəfat etdi

Gürcüstanda koronavirusdan daha yeddi pasiyent vəfat etdi, – bu barədə idarələrarası koordinasiya şurası yanında mövcud olan əməliyyat qərargahının rəhbəri, Berdiya Siçinava hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.

“Təəssüflər olsun ki, son 24 saat ərzində ölüm halı da var. Yeddi insan vəfat etdi. Acarada altı və Kaxetidə bir insan dünyasını dəyişdi. 2020-ci ilin 26 fevralından bu günə qədər Gürcüstanda 342 ölüm halı qeydə alınıb”, – Berdiya Siçinava bəyan etdi.

Son 24 saat ərzində ölkədə koronavirusun 1 852 yeni halı qeydı alındı, 1 696 pasiyent isə, müalicə olunaraq sağaldı.