Gürcüstanda son 24 saat ərzində koronavirusdan doqquz pasiyent vəfat etdi

10:59, 24.07.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan doqquz pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 5 665-i təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 2 617 halı qeydə alındı,869 pasiyent müalicə olunaraq sağaldı.

Oxşar