Gürcüstanda son 24 saat ərzində koronavirusdan doqquz pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan doqquz pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 5 452-ni təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 952 halı qeydə alındı, 999 pasiyent müalicə olunaraq sağaldı.