Gürcüstanda son 24 saat ərzində koronavirusdan altı pasiyent sağaldı
Gürcüstanda son 24 saat ərzində koronavirusdan altı pasiyent sağaldı

Gürcüstanda son 24 saat ərzində koronavirusdan altı pasiyent sağaldı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Bu gün Gürcüstanda koronavirusun 152 halı aşkar edildi və bu vaxt üçün yoluxmanın 2 227 halı təsdiq olunub. Buradan 1 369 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirusdan 19 pasiyent vəfat edib.

Karantin rejimində 5 882 vətəndaş, stasionarda müşahində altında 390 vətəndaşdır.