Gürcüstanda son 24 saat ərzində koronavirusdan 81 pasiyent vəfat etdi

10:59, 02.09.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 81 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 7 563-ü təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 212 halı qeydə alındı, 5 017 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, bir sentyabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 3 886 halı qeydə alındı, 4 103 pasiyent müalicə olunaraq sağaldı, 74 pasiyent vəfat etdi.

Oxşar