Gürcüstanda son 24 saat ərzində koronavirusdan 79 pasiyent vəfat etdi

11:07, 31.08.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 79 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 7 408-i təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 4 778 halı qeydə alındı, 4 753 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 30 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 1 915 halı qeydə alındı, 5 929 pasiyent müalicə olunaraq sağaldı, 78 pasiyent vəfat etdi.

Oxşar