Gürcüstanda son 24 saat ərzində koronavirusdan 76 pasiyent vəfat etdi

11:03, 29.08.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 76 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 7 251-i təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 2 669 halı qeydə alındı, 6 177 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 28 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 247 halı qeydə alındı, 3 053 pasiyent müalicə olunaraq sağaldı, 74 pasiyent vəfat etdi.

Oxşar