Gürcüstanda son 24 saat ərzində koronavirusdan 76 pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 76 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 11 498-i təşkil edir.
Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 357 halı qeydə alındı, 5 772 pasiyent müalicə olunaraq sağaldı.