Gürcüstanda son 24 saat ərzində koronavirusdan 74 pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 74 pasiyent vəfat etdi

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 74 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 6 723-ü təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 4 901 halı qeydə alındı, 2 586 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 20 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 743 halı qeydə alındı, 3 393 pasiyent müalicə olunaraq sağaldı, 59 pasiyent vəfat etdi.