Gürcüstanda son 24 saat ərzində koronavirusdan 74 pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 74 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 7 482-ni təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 886 halı qeydə alındı, 4 103 pasiyent müalicə olunaraq sağaldı.
Bununla yanaşı, 31 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 778 halı qeydə alındı, 4 753 pasiyent müalicə olunaraq sağaldı, 79 pasiyent vəfat etdi.