Gürcüstanda son 24 saat ərzində koronavirusdan 74 pasiyent vəfat etdi

11:46, 28.08.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 74 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 7 175-i təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 4 247 halı qeydə alındı, 3 053 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 27 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 031 halı qeydə alındı, 4 585 pasiyent müalicə olunaraq sağaldı, 73 pasiyent vəfat etdi.

Oxşar