Gürcüstanda son 24 saat ərzində koronavirusdan 73 pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 73 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 7 028-i təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 4 031 halı qeydə alındı, 4 585 pasiyent müalicə olunaraq sağaldı.