Gürcüstanda son 24 saat ərzində koronavirusdan 60 pasiyent vəfat etdi

10:58, 24.08.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 60 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 6 891-i təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 5 924 halı qeydə alındı, 4 777 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 23 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 2 354 halı qeydə alındı, 5 200 pasiyent müalicə olunaraq sağaldı, 60 pasiyent vəfat etdi.

Oxşar