Gürcüstanda son 24 saat ərzində koronavirusdan 59 pasiyent vəfat etdi

10:57, 20.08.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 59 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 6 649-u təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 4 743 halı qeydə alındı, 3 393 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 19 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 921 halı qeydə alındı, 4 471 pasiyent müalicə olunaraq sağaldı, 58 pasiyent vəfat etdi.

Oxşar