Gürcüstanda son 24 saat ərzində koronavirusdan 58 pasiyent vəfat etdi

10:57, 19.08.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 58 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 6 590-nı təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 4 921 halı qeydə alındı, 4 471 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 18 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 5 914 halı qeydə alındı, 3 316 pasiyent müalicə olunaraq sağaldı, 49 pasiyent vəfat etdi.

Oxşar