Gürcüstanda son 24 saat ərzində koronavirusdan 58 pasiyent vəfat etdi

10:59, 25.08.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 58 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə bir az bundan əvvəl yeniləndi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 6 949-ı təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 5 359 halı qeydə alındı, 2 726 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 24 avqustda, Gürcüstanda koronavirusa yoluxmanın 5 021  halı qeydə alındı, 5 041   pasiyent müalicə olunaraq sağaldı.

Oxşar