Gürcüstanda son 24 saat ərzində koronavirusdan 57 pasiyent vəfat etdi

11:00, 11.09.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 57 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 8 146-nı təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 2 533 halı qeydə alındı, 1 762 pasiyent müalicə olunaraq sağaldı.

Oxşar