Gürcüstanda son 24 saat ərzində koronavirusdan 57 pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 57 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 15 516-nı təşkil edir.
Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 20 326 halı qeydə alındı, 48 468 pasiyent müalicə olunaraq sağaldı.