Gürcüstanda son 24 saat ərzində koronavirusdan 56 pasiyent vəfat etdi

10:47, 17.09.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 56 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 8 386-nı təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 2 039 halı qeydə alındı, 2 192 pasiyent müalicə olunaraq sağaldı.

Oxşar