Gürcüstanda son 24 saat ərzində koronavirusdan 53 pasiyent vəfat etdi

11:12, 08.12.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 53 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 12 519-u təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 4 226 halı qeydə alındı, 4 091 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 7 dekabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 509 halı qeydə alındı, 4 042 pasiyent müalicə olunaraq sağaldı, 59 pasiyent vəfat etdi.

Oxşar