Gürcüstanda son 24 saat ərzində koronavirusdan 53 pasiyent vəfat etdi

11:20, 10.02.2022

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 53 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 15 404-ü təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 22 444 halı qeydə alındı, 13 245 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 9 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 25 161 halı qeydə alındı, 16 789 pasiyent müalicə olunaraq sağaldı, 51 pasiyent vəfat etdi.

Oxşar