Gürcüstanda son 24 saat ərzində koronavirusdan 53 pasiyent vəfat etdi

11:22, 18.12.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 53 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 13 024-ü təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 2 784 halı qeydə alındı, 2 070 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 17 dekabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 2 979 halı qeydə alındı, 3 470 pasiyent müalicə olunaraq sağaldı, 53 pasiyent vəfat etdi.

Oxşar