Gürcüstanda son 24 saat ərzində koronavirusdan 51 pasiyent vəfat etdi

11:10, 09.02.2022

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 51 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 15 351-i təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 25 161 halı qeydə alındı, 16 789 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 8 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 24 616 halı qeydə alındı, 18 221 pasiyent müalicə olunaraq sağaldı, 54 pasiyent vəfat etdi.

Oxşar